Argentina millisi DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda İordaniya ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "tanqoçular"ın kapitanı Lionel Messi bu matça ehtiyatda başlayacaq.
Bu barədə komandanın baş məşqçisi Lionel Skaloni yerli mətbuata açıqlamasında deyib. O, kapitanın ikinci hissədə meydana daxil olacağını deyib.
Argentina iki turdan sonra 6 xalla qrupunda liderdir. İordaniya ilə matç sabah, saat 06:00-da keçiriləcək.