Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir qarşılaşma baş tutub. Sport24.az xəbər verir ki, əsas görüşlərin üçüncü duelində Qazaxıstan təmsilçisi Asu Almabayev (57,15) ABŞ-dən olan Çarlz Consonla (56,92) üz-üzə gəlib.

 

Super yüngül çəkidəki döyüşdə A. Almabayev qələbə qazanıb.

 

O, üçüncü raundda rəqibini təslim olmağa məcbur edib.