Stiv Klark Şotlandiya millisinin DŞ-2026-da mübariznə dayandırmasından sonra baş məşqçi postundan gedib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın sosial şəbəkə hesabında məlumat yayılıb:

 

"Şotlandiya milli komandasının baş məşqçisi Stiv Klark istefa verib. Yığmanın ən uğurlu məşqçisi, komandanın dünya çempionatında çıxışından sonra o, yeddi il "sükanı arxasında" olduğu komandadan ayrılıb".

 

Qeyd edək ki, Şotlandiya millisi DÇ-2026-da 3 xalla C qrupunda üçüncü olub.