2026-cı il dünya çempionatının qrup mərhələsi çərçivəsində baş tutan Panama - İngiltərə matçı (0:2) Harri Keyn üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, ingiltərəli hücumçu 67-ci dəqiqədə adını tabloya yazdırıb.

 

Bu, Keynin millinin heyətində dünya çempionatlarında vurduğu 11-ci qol olub. 

 

Bununla da forvard Qari Linekerin rekordunu yeniləyərək İngiltərənin dünya çempionatları tarixində ən çox qol vuran oyunçusu adına yiyələnib.