"Sevilya"nın keçmiş baş məşqçisi Xoakin Kaparrosa yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 70 yaşlı Kaparros 2020-ci ildən 2022-ci ilə qədər Ermənistan milli komandasını çalışdırıb. O, əvvəllər "Əl Əhli", "Osasuna", "Qranada", "Levante" və digər klublarda da çalışıb.