DÇ-2026-nın təşkili üzrə üzrə işçi qrupu, İran Futbol Federasiyasının millinin Misirlə matçı üçün Sietlə gecikməsi ilə bağlı ittihamlarına cavab verib. Sport24.az xəbər verir ki, bununla bağlı "The Telegraph" qəzeti məlumat yayıb.

 

Təşkilat Komitəsindən bildirilib ki, İran yığması heç bir problemlə üzləşməyib:

 

"Hər şey əvvəlcədən tərtib olunan plan üzrə getdi. İran nümayəndə heyəti hətta cədvəldən bir neçə dəqiqə əvvəl gəldi".

 

Qeyd edək ki, İran millisi cümə axşamı Vaşinqton Universitetinin meydançasında məşq etməyi planlaşdırır, cümə günü isə qrup mərhələsinin son turunda Misirlə qarşılaşacaq.