Futbol üzrə dünya çempionatında A qrupunda üçüncü tur yekunlaşıb. Sport24.az xəbər verir ki, Meksika millisi Çexiya ilə, Cənubi Afrika isə Cənubi Koreya ilə üz-üzə gəlib.

 

Mexikoda baş tutan görüşdə meydan sahibləri Avropa təmsilçisini 3:0 hesabı ilə məğlub edib. Monterreydə keçirilən görüşdə isə Cənubi Afrika millisi asiyalılara minimal hesabla qalib gəlib - 1:0. 

 

Cənubi Afrika və Meksika pley-offa yüksəlib.