Leverkuzen "Bayer"inin müdafiəçisi Alexandro Qrimaldo Madrid "Atletiko"suna keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, hər iki klub 30 yaşlı futbolçunun transferi ilə bağlı şifahi razılığa gəliblər. İspaniyalı futbolçunun Madrid təmsilçisi ilə daha bir ildə artırmaq şərti ilə 2029-cu ilə qədər müqavilə imzalaması gözlənilir. Transfer məbləğinin 20 milyon avrodan çox olduğu təxmin edilir.
Qeyd edək ki, cinah müdafiəçisi 2025/26 mövsümündə "Bayer"də 46 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib.