"Anderlext"in yeni baş məşqçisi müəyyənləşib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Belçika təmsilçisi Vitor Bruno ilə müqavilə bağlayıb.
43 yaşlı mütəxəssisin "bənövşəyi-ağlar"la sözləşməsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Brunonun son iş yeri 2025-ci ilin yanvarında ayrıldığı"Porto" olub. Onun rəhbərliyi altında "əjdahalar" Portuqaliya Super Kubokunu qazanıb. O, həmçinin "Nant", "Vitoriya Gimarayş" və "Braqa"nın məşqçilər korpusunda çalışıb.