ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatının A və B qruplarında üçüncü tur yekunlaşıb. Sport24.az xəbər verir ki, başa çatan qrup mərhələsindən sonra artıq pley-offun ilk cütlüyü müəyyənləşib.

 

A qrupunun ikinci komandası olan Cənubi Afrika, B qrupunun ikinci komandası olan Kanada ilə qarşılaşacaq. Oyun iyunun 28-də baş tutacaq.

 

Qeyd edək ki, qrup mərhələsinin oyunlarına iyunun 27-də yekun vurulacaq. Hər qrupda ilk iki yeri tutan komanda, üçüncü yeri tutan səkkiz komanda ilə birlikdə pley-offa vəsiqə qazanacaq.