Bir milyon avro girov qarşılığında həbsdən çıxan Dani Alveş martın 28-də məhkəməyə gəlib. Sport24.az "Marca"-ya istinadən xəbər verir ki, 40 yaşlı Alveşə Braziliya və İspaniya pasportlarını təhvil vermək və həftədə bir dəfə məhkəməyə gəlmək əmri verilib.

 

Hazırda keçmiş futbolçu Barselona ətrafındakı Esplugues de Llobregat qəsəbəsindəki evində yaşayır. Onun ölkədən çıxışı qadağandır.

 

Qeyd edək ki, fevralın 22-də Barselona məhkəməsi 2022-ci ildə gecə klubunda bir qıza təcavüz edən Alveşi 4,5 il müddətinə azadlıqdan məhrum etmişdi. Bundan əlavə, o, zərərçəkmişə mənəvi təzminat şəklində 150 ​​min avro ödəməyə məcbur edilib.