Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın daha iki iştirakçısının adına aydınlıq gələcək. Sport24.az xəbər verir ki, "Arsenal" ilk görüşdə qalib gəldiyi "Sportinq"i qonaq edəcək.
"Bavariya" isə "Real" ilə qarşılaşacaq. Bu komandaların ilk oyunu Almaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ötən gecə keçirilən qarşılaşmalardan sonra "Atletiko" (Madrid) və PSJ (Fransa) yarımfinala vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
15 aprel
23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)
İlk oyun - 1:0
23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2