Andoni İraola "Bornmut"un baş məşqçisi vəzifəsindən ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 43 yaşlı mütəxəssis rəhbərliyə cari mövsümün sonunda "albalılar"la vidalaşacağını bildirib. İspaniyalı mütəxəssisin "Bornmut"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Bir müddət əvvəl mətbuatda İraolanın Bilbao "Atletik"i və "Kristal Pelas"ı çalışdıra biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, ispaniyalı məşqçi 2023-cü ilin iyulundan "Bornmut"un "sükanı arxasındadır". Onun rəhbərliyi altında "albalılar" ötən mövsümü doqquzuncu yerdə başa vurub və həmçinin FA Kubokunun dörddəbir finalına yüksəlib.