Misli Premyer Liqasında 27-ci turun rəmzi komandası bəlli olub. Sport24.az-ın məlumatına görə, "Sofascore"nin hazırladığı "11-lik"də 3-4-2-1 taktiki sxemindən istifadə edilib.

Həftənin komandasına "Sabah" və "Neftçi"dən 2, "Qarabağ"dan bir futbolçu düşə bilib.

Qapıçı: Rikardo Fernandes ("Şamaxı")
Müdafiəçilər: İqor Noqeyra ("Sabah"), Rayan Senhadji ("Sumqayıt"), Dioqo Rollo ("İmişli")

Yarımmüdafiəçilər: İmad Faraj, Breno Almeyda (hər ikisi "Neftçi"), Rauf Rüstəmli, Kayl Spens ("Karvan-Yevlax"), Ayxan Hüseynov ("Turan Tovuz"), Coni Montiel ("Qarabağ")

Hücumçu: Coy-Lens Mikels

Qeyd edək ki, 28-ci tura aprelin 17-də start veriləcək.