Futzal üzrə Çempionlar Liqasında 2020/21 mövsümünün final mərhələsinin oyunları Belarusun paytaxtı Minskdə keçirilməyəcək. Sport24.az xəbər verir ki, buna koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

Bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alan qitə futbol qurumu matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə məsləhətləşən UEFA final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib ki, həmin matçlar 28 aprel - 3 mayda keçiriləcək.