Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin ilk turunda "Latsio" - "Aletiko" görüşündə maraqlı qol qeydə alınıb. Sport24.az xəbər verir ki, qolun müəllifi "Latsio"nun qapıçısı İvan Provodel olub.

Belə ki, İtaliya təmsilçisi 0:1 hesabı ilə geridə olarkən Provedel bütün komanda ilə birlikdə irəli atılıb. O, 90+5-ci dəqiqədə qola imza ataraq romalıları məğlubiyyətdən xilas edib - 1:1.

Provedelin hücumda belə yaxşı oyunu təsadüfi deyilmiş. Belə ki, anası rus, atası italyan olan qolkiper 15 yaşına qədər hücumçu kimi çıxış edib. İvan 2009-cu ildə “Udineze”nin akademiyasına gələndən sonra qapıçı mövqeyində oynamağa başlayıb.

Onu da bildirək ki, Provedel daha əvvəl də başla qol vurub. Maraqlıdır ki, həmin oyunda da onun qolu komandasını məğlubiyyətdən xilas edib. Bu, 2020-ci ilin fevralın 7-də İtaliyanın "Yuve Stabya" klubunda çıxış edərkən "Askoli" ilə B seriyasının hesabı 2:2 etdiyi matçdı.