"Leon"un yarımmüdafiəçisi Ceyms Rodriges Meksika klubu ilə müqaviləsini yeniləməyəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib. Onun hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

 

Mənbənin sözlərinə görə, bu ilin dekabrında Meksika klubu ilə müqaviləsi başa çatan 34 yaşlı futbolçu gələn il keçiriləcək dünya çempionatında Kolumbiya millisinin heyətində yer almaq üçün daim oynaya biləcək klub axtarışındadır.

 

Qeyd edək ki, Kolumbiya seçmə mərhələdə 28 xal toplayaraq qrup üçüncüsü kimi mundila vəsiqəni təmin edib. DÇ-2026 Ceymsin iştirak edəcəyi 3-cü mötəbət turnir ola bilər.