UEFA-nın rəsmi saytı Çempionlar Liqasında hHəftənin oyunçusu mükafatına namizədləri açıqlayıb. Sport24.az xəbər verir ki, "Real"ın hücumçusu Vinisius, Bilbao "Atletik"inin yarımmüdafiəçisi Robert Navarro, "Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes və "Sportinq"in hücumçusu Luis Suares  namizədlər arasında yer alıb.

 

Vinisius komandasının "Monako" üzərində 6-1 hesablı qələbəsində bir qol vurub və üç məhsuldar ötürmə edib. Navarro "Atalanta" üzərində (3-2) qələbədə bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. Fermin "Slaviya" ilə matçda dubl edibsə, "Sportinq"in hücumçusu Suares PSJ ilə görüşdə 2 dəfə rəqib qapısına yol tapıb.