Konfrans Liqasının 2024/25 mövsümündə rəqib qapılarından 42 top keçirən "Çelsi" yeni rekord müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

 

Bundan əvvəl isə turnirin ən məhsuldar klubu 2022/2023-cü il mövsümündə 37 qol vuran "Fiorentina" olub.

 

Qeyd edək ki, London klubu ötən gecə Konfrans Liqasının finalında "Betis"i 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Bununla da "Çelsi" Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan ilk klub kimi tarixə düşüb.