İsveç təmsilçisi AIK-in vingeri Zadok Yohanna "Brayton"a keçib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

18 yaşlı oyunçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.  

 

Bir müddət əvvəl mətbuatda "Çelsi" və "Nyukasl"ın Zadokla ciddi maraqlandığı barədə xəbərlər yayılmışdı. 

 

Qeyd edək ki, futbolçu cari mövsümdə AIK-in heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.