Fransa millisinin sabiq müdafiəçisi Kurt Zuma karyerasını Rumıniya çempionatında davam etdirəcək. Sport24.az xəbər verir ki, fransız futbolçu "ÇFR Kluj"da oynayacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat verib.

 

"Vest Hem"in sabiq stoperi 2027-ci il iyunun 30-na qədər Rumıniya klubuna məxsus olacaq. O, ötən mövsümü Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda icarə əsasında çıxış edib. Zuma "Sent-Etyen", "Çelsi", "Stok Siti", "Everton" klublarında da oynayıb.