"Əl-Nəsr"in futbolçusu Sadio Mane karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" seneqallı vingeri transfer etmək istəyir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Mane ilə danışıqlar aparır. 33 yaşlı ön xətt oyunçusu 3 ilə yaxındır çıxış etdiyi Səudiyyə Ərəbistanından ayrılmağı planlaşdırır

 

Avropada transfer pəncərəsinin bağlandığını nəzərə alanda təcrübəli futbolçunun "Beşiktaş"a keçmək ehtimalı yüksək qiymətlərndirilir.

 

Qeyd edək ki, "Əl-Nəsr" Sadio Maneni 2023-cü ilin yanvar ayında "Bavariya"dan transfer edib. Seneqal millisinin üzvü bu müddətdə "sarı-göylər"in heyətində meydana çıxdığı 95 rəsmi matçda 38 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.