DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək Ukrayna yığmasının heyətində dəyişiklik olub. Sport24.az-ın məlumatına görə, İngiltərənin "Everton" klubundan komandaya cəlb edilən Vitali Mikolenko heyətdən çıxarılıb.

Buna müdafiəçinin zədəli olması səbəb olub. Onun əvəzinə Kiyev "Dinamo"sundan Vladislav Dubinçik yığmaya çağırılıb.

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.