"Çelsi" rəsmiləri hücumçu Liam Delapın tibbi müayinədən keçməsi ilə bağlı "İpsviç" rəhbərliyi ilə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, tərəflər müqavilənin şəxsi şərtlərini razılaşdırıblar. "Çelsi" futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəst qalmaq üçün 30 milyon funt-sterlinqi ödəməyə hazırdır.

 

Qeyd olunur ki, Delap artıq London təmsilçisinin baş məşqçisi Enzo Mareska ilə görüşüb.

 

Qeyd edək ki, Delap 2024/25 mövsümündə bütün turnirlərdə 40 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib