Bolqarıstan çempionatında 25-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" da növbəti matçına çıxıb.

 

Kirjalı təmsilçisi səfərdə "Botev"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə yadda qalıb. 

 

Qeyd edək ki, "Arda" hazırda 32 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.