Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" XXIV turda liderin qonağı olub.

 

Matç "Ludoqorets"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Arda" turnir cədvəlində 9-cu pilləyə geriləyib. Ardanın komandasını "ilk 6-lıq"dan 3 xal ayırır.