"Arsenal"ın baş məşqçisi Mikel Arteta yoldaşlıq oyununda "Betis"ə məğlub olduqdan (1:3) sonra açıqlama verib. Sport24.az xəbər verir ki, ispaniyalı mütəxəssis yeni mövsümdə hədəflərinin bütün kuboklar uğrunda mübarizə aparmaq olduğunu deyib:

 

​"Yeni mövsümün startı öncəsi daha da ilhamlanmışam. Bütün kuboklar uğrunda mübarizə aparacağıq. Çünki bu, bizim ambisiyalarımıza uyğundur. Nəyə qadir olduğumuzu çox yaxşı bilirik. ​Yay ərzində gördüyümüz və şəxsən mənim apardığım bütün işlər yeni qələbələr və bu klubda ənənə yaratmaq üçün məhz nəyin lazım olduğunu anlamaqdan ibarətdir. Bizim əsas məqsədimiz budur".

 

Qeyd edək ki, "Arsenal" ötən mövsüm İngiltərə Premyer Liqasında çempionluğu qazanıb, UEFA Çempionlar Liqasının finalında isə PSJ-yə məğlub olub.