UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner, irəli sürülən layihəni dəstəkləməyib:

“Belə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, bu layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm”.

FİFA dünya çempionatlarının keçirilmə müddətiylə bağlı qərarı ilin sonunda verəcək.