Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Sport24.az xəbər verir ki, "Hoffenhaym" Pelleqrino Materatsonu istefaya göndərib.

 

Buna komandanın uğursuz nəticələri səbəb olub. Hazırda "Hoffenhaym" 10 oyundan sonra 9 xalla Bundesliqanın turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, mütəxəssis 2023-cü ilin fevralından bu postu tuturdu.