Almaniyanın “Hoffenhaym” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Andre Braytenrayter çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Andre Braytenrayter geridə qalan mövsümü İsveçrənin “Sürix” komandasında keçirib və bu komandanı çempion edib. “Hoffenhaym” isə geridə qalan mövsümü 18 kollektiv arasında 9-cu pillədə başa vurub.