Almaniyanın “Şalke” klubunun baş məşqçisi istefaya göndərilib.

Sport24.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli baş məşqçi Kristian Qrossla yollarını ayırıb.

Buna komandanın Bundesliqanın son turunda “Ştutqart”a 1:5 hesabı ilə məğlub olması səbəb olub. Qrossdan başqa, klubun meneceri Joken Şneyder və menecer Saşa Rither də istefaya göndərilib.

“Şalke” Bundesliqada 23 turdan sonra cəmi 9 xal toplayaraq, son sırada qərarlaşıb.