"Qarabağ" fərqli komandadır". Sport24.az xəbər verir ki, bunu "Braqa"nın futbolçusu Rikardo Horta UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Azərbaycan çempionu barədə danışarkən deyib.

 

Forvard Portuqaliya çempionatında "Sportinq"ə böyükhesablı (0:5) məğlubiyyətə baxmayaraq, avrokuboklarda fərqli ab-havanın olduğunu vurğulayıb: "Hər oyunun öz hekayəsi var. İndi üzərimizə düşən "Sportinq"lə matçdakı səhvlərdən nəticə çıxarmaq və "Qarabağ"la görüşə köklənməkdir. Rəqibi təhlil edirik. Cavab qarşılaşmasına sərfəli nəticə ilə yollanmaq istəyirik".

 

Qeyd edək ki, "Braqa" - "Qarabağ" oyunu fevralın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.