Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu hücumçusu Alassane Plea ilə müqavilənin müddətini artırıb.

Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb. Fransalı forvardın əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaqdı. Yeni müqaviləyə əsasən o, 2025-ci ilə qədər Mönhenqladbax klubunun uğurları üçün çalışmağa davam edəcək.

Alassane Plea 2018-ci ilin yayında Fransanın “Nitsa” klubundan 23 milyon avro qarşılığında “Borussiya”ya transfer olunub. O, geridə qalan mövsümdə meydana çıxdığı 35 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard bütövlükdə bu komandada 144 oyuna çıxıb, 47 qol vurub. Fransa millisində 1 oyun keçirmiş futbolçu, daha öncə “Oser” və “Olimpik” (Lion) klublarının da formasını geyinib.