"Bavariya" və Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise köçməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

24 yaşlı fransız futbolçunun 2024-cü ilin sentyabr ayından bəri "Bavariya"nın keçmiş müdafiəçisi Jerom Boatenqdən Münhendə icarəyə götürdüyü villa satışa çıxarılacaq.

 

Bir müddət əvvəl mediada "Real"ın yay "transfer pəncərəsi"ndə Oliseni "rənglərinə bağlamaq" istədiyi ilə bağlı xəbərlər yayılıb. 

 

Qeyd edək ki, futbolçu 2025/26 mövsümündə "Bavariya"nın heyətində 52 oyunda 22 qol vurub və 31 məhsuldar ötürmə edib. 2026-cı il dünya çempionatında isə 8 oyunda 7 məhsuldar ötürmə ilə yadda qalıb.