"Selta" hücum xəttini gücləndirib. Sport24.az xəbər verir ki, komanda Borxa İqlesiası transfer edib.

 

Bu barədə Viqo klubundan məlumat yayılıb. 32 yaşlı hücumçu ilə iki illik müqavilə imzalanıb. O, "Betis"dən transfer olunub.

 

Qeyd edək ki, Borxa ötən mövsümdə 37 matçda 11 qolla yadda qalıb.