"Parma"nın hücumçusu Dennis Men PSV-yə transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə Eyndhoven klubunun mətbuat xidməti məlumat yayıb.

 

26 yaşlı rumıniyalı ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. "Transfermarkt" portalı müqaviləni 8,5 milyon avro qiymətləndirib.

 

Qeyd edək ki, Man ötən mövsüm A Seriyasında 33 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.