Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da cavab matçına çıxacaq.

 

Ağdamlılar Bakıda "Şkendiya"nı qəbul edəcək. Niderlandlı referi Denni Makkelinin idarə edəcəyi qarşılaşmanın start fiti saat 20:0-da səslənəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq. 

 

12 avqust

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) 5:1

Qol: Fabris Tamba, 10, Klisman Cake,16, Kadi Borges, 18, Nəriman Axundzadə, 33, Marko Yankoviç, 35 (pen), Leandro Andrade, 59

İlk oyun - 1:0

Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

 

"Şkendiya: 24. Babukar Qaye, 11. Ronaldo Vebster, 5. Klisman Cake, 15. İmran Fetai, 2. Aleksandr Trumçi, 28. Kamer Qaka, 4. Reşat Ramadani, 17. Arbin Zeynullai, 77. Lirodon Latifi, 19.  Fabris Tamba, 7. Besart İbraimi (k).

Baş məşqçi: Jeton Beqiri