Misli Premyer Liqasının ilk turu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Sabah" – "Qarabağ" oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, komandaların rəsmi görüşləri arasında minimum 48 saat vaxtın qorunması ilə bağlı beynəlxalq oyun qaydalarına əsasən təxirə salınıb.
"Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlib. Bu səbəbdən avqustun 17-nə planlaşdırılan I tur oyunu təxirə salınıb.