Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək. Sport24.az xəbər verir ki, həlledici görüşdə PSJ ilə "Tottenhem" qarşılaşacaq.
Oyun İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. FIFA referimiz Elçin Məsiyev matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.