PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
26 yaşlı qolkiper "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola ilə danışıb və Premyer Liqa klubuna keçməyə razılaşıb.
Qeyd edək ki, bir müddət əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike bildirmişdi ki, Donnarumma dünyanın ən yaxşı qapıçılarından biri olsa da, Paris təmsilçisinə uyğun deyil. Donnarumma da öz növbəsində klubdan ayrıldığını açıqlayıb.