"Milan"nın mərkəz müdafiəçisi Malik Tşau "Nyukasl"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı vurğulanır.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, ingilis klubu alman futbolçu üçün 40 milyon avro ödəyib ki, bunun da 36 milyonu sabit məbləğ, 4 milyon avrosu isə bonuslardır.
Qeyd edək ki, Tşau 2022-ci ilin yayından "qırmızı-qaralar"ın formasını geyinir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 85 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.