"Leyptsiq" "Göztəpə"nin hücumçusu Romulonu almaq üçün razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Almaniya klubu 23 yaşlı braziliyalının transferi üçün Türkiyə təmsilçisinə 20 milyon avro ödəyəcək. Bundan başqa bonus olaraq 5 milyon avro da İzmir klubunun büdcəsinə köçürüləcək.

 

Qeyd edək ki. Romulo 2024/25 mövsümündə bütün turnirlərdə 33 matçda iştirak edib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Almaniya klubu bir neçə gün öncə komandanın hücumçusu Benjamin Şeşkonu "Mançester Yunayted"ə satıb.