Rusiya millisinin və ÇSKA(Moskva) klubunun hücumçusu Tamerlan Musayev "Beşiktaş"a keçə bilər.  Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı forvard üçün ÇSKA-ya müraciət edib.

 

Qışda bu keçidin baş tutacağı gözlənilir. Musayevin Rusiya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

 

Tamerlan ÇSKA yetirməsidir və o, "Baltika", "Volqa"(Ulyanovsk), KAMAZ klublarında çıxış edib.