UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda keçirilməli olan "Beşiktaş" – "Makkabi" (Təl-Əviv) oyunu Türkiyədə deyil, başqa ölkədə oynanılacaq. Sport24.az xəbər verir ki, buna səbəb ölkələr arasında siyasi münasibətlərin yaxşı olmamasıdır.

 

"Beşiktaş"ın mətbuat xidmətinin rəhbəri Feyyaz Uçar görüşün azarkeşsiz keçiriləcəyini deyib:

 

"Matç böyük ehtimalla azarkeşsiz olacaq. Namizəd şəhərlərdən birini seçib, UEFA-ya bildirəcəyik".

 

"Beşiktaş" 4 turdan sonra 6 xalla 14-cü sıradadır. Bir oyun az keçirən "Makkabi" isə xalsızdır və 36 komanda arasında 34-cüdür.