"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor"dan Ümit Akdağı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Rumıniyanın FKSB klubunun yetirməsi olan Ümit 2021-ci ildə "Alanyaspor" akademiyasına qoşulub. O, müxtəlif vaxtlarda "Göztəpə", "Tuluza" (Fransa) kimi klublarda icarədə olub.
Qeyd edək ki, 22 yaşlı futbolçu Rumıniyanın U-21 yığmasında 10 oyunda 2 qol vurub.