Argentina çempionatının növbəti turunda həm kişilər, həm də qadınlar arasında bütün oyunlar 10-cu dəqiqədə dayandırılacaq. Bununla da istər meydanda, istərsə də tribunada yer alanlar Argentina futboluna verdiyi əvəzsiz töhfəyə Lionel Messinin bir dəqiqəlik alqışlarla yad edəcəklər. Sport24.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, iyunun 24-də 39 yaşını qeyd edən ulduz futbolçu iki gün öncə milli karyerasını başa vurduğunu açıqlayıb. Messi yığmada 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.