"Mançester Siti"nin yarımmüdafiəçisi Klaudio Eçeverri "Benfika"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

20 yaşlı futbolçunu bir illik icarəyə götürən "qartallar" mövsümün sonunda onu bir dəfəlik "rənglərinə bağlamaq" hüququna da malikdir.

 

Qeyd edək ki, Eçeverri ötən mövsümün ilk yarısını icarə əsasında Leverkuzen "Bayer"ində, ikinci yarısını isə "Jirona"da keçirib.