"Aston Villa"nın hücumçusu Leon Beyli "Olimpiakos"a transfer olunub. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

29 yaşlı yamaykalı futbolçu Yunanıstan təmsuilçisi ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

Qeyd edək ki, yamaykalı cinah oyunçusu 2021-ci ildə Leverkuzen "Bayer"indən "Aston Villa"ya keçib. O, ingilis klubunda 163 oyunda meydana çıxıb, 23 qol vurub və 25 məhsuldar ötürmə edib.