Azərbaycanın U-17 qızlardan ibarət milli komandası növbəti dəfə Qırğızıstan yığması ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, Bişkek şəhərində baş tutan yoldaşlıq görüşü Qırğızıstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Milli komandamızın heyətində yeganə qolu Xədicə Rəhimova vurub. 

 

Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 millimiz avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.