"Beşiktaş" heyətinə yeni müdafiəçi qatıb. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi "Serik Belediyespor"dan Abdurrahman Üresini transfer edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul klubu 21 yaşlı sağ cinah müdafiəçisi üçün II Liqa təmsilçisinə 24 milyon lirə təzminat ödəyəcək.
Qeyd edək ki, Abdurrahman Üresin ötən ilin avqust ayından "Serik Belediyespor"da çıxış edir. Gənc oyunçu hazırda davam edən mövsümdə komandasının heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.